Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsi tərəfindən yeni elektron xidmət istifadəçilərin ixtiyarına verilib

Milli Arxiv İdarəsinin müvafiq şöbələri tərəfindən hazırlanmış “Ləğv olunmuş, idarəetmə forması dəyişdirilmiş idarə, müəssisə və təşkilatların arxiv fondları haqqında məlumatın verilməsi” adlı yeni elektron xidmət istifadəçilərin ixtiyarına verilib. Adıçəkilən elektron xidmət vaxtilə fəaliyyət göstərən, ləğv edilən və ya yenidən təşkil edilən, idarəetmə forması dəyişdirilərək açıq və ya qapalı səhmdar cəmiyyətlər kimi formalaşdırılan idarə, müəssisə və təşkilatların əsasən işçi heyət üzrə arxiv fondları haqqında istifadəçiləri informativ şəkildə məlumatlandırır.

Sözügedən sistemin istifadəsi əmək haqqı və ya iş stajı haqqında müvafiq təsdiqedici arxiv arayışı almaq istəyən vətəndaşlara aidiyyəti yerə müraciət etməkdə köməklik göstərəcək, bu istiqamətdə onların, həmçinin müvafiq dövlət qurumlarının və özəl təşkilatların vaxt itkisinin və bir neçə orqana müraciətinin qarşısını alacaqdır.

“Ləğv olunmuş, idarəetmə forması dəyişdirilmiş idarə, müəssisə və təşkilatların arxiv fondları haqqında məlumatın verilməsi” xidməti Milli Arxiv İdarəsinin Elektron Arxiv Məlumat Sisteminin altsistemi olmaqla hazırda 1484 təşkilat haqqında müvafiq məlumatı özündə əks etdirir. Xidmətin istifadəsi sadə və rahatdır.  Sistem axtarılan ifadənin ilk hərflərini qeyd etməklə müvafiq təşkilatın şəxsi heyətə dair arxiv fondunun saxlanıldığı yeri göstərən axtarış sistemi  ilə təchiz olunub. Sistem ilkin istifadə və yoxlanış mərhələsindədir. İstifadəçilərdən gələn fikir və təkliflər nəzərə alınmaqla üzərində təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulur. 

Elektron xidmətin layihələndirilməsi, hazırlanması, istifadəyə verilməsi İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsi, müvafiq məlumatların sistemə daxil edilməsi MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsi və texniki cəhətdən fasiləsiz fəaliyyətinin təmin edilməsi isə Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsi tərəfindən həyata keçirilib.

Xidmətlə milliarxiv.gov.az saytının Dövlət Xidmətləri bölməsindən və ya BURADAN tanış ola bilərsiniz.

 


Cегодня: 719
Вчера: 872
На этой неделе: 4016
На прошлой неделе: 5293
Этот месяц: 10656
Прошлый месяц: 25116
В этом году: 124745
Всего: 1145166
1145166