Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının, dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının əməkdaşları Silahlı Qüvvələrə Dəstək Fonduna ianə etmişdir

        Sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücuma keçərək işğal olunmuş torpaqları azad etməyə başlaması bütün xalqımızda ruh yüksəkliyinə səbəb olmuşdur.

       Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin liderliyi ilə ümümxalq həmrəyliyi düşmənə qarşı mübarizədə qələbənin əsas amilidir.

        Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının, dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının əməkdaşları da torpaqlarımızın işğaldan azad edilməsi üçün orduya dəstək kampaniyasına qoşularaq Silahlı Qüvvələrə Dəstək Fonduna ianə etmişdir.

               Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

 

                                                   


Bugün: 940
Dünən: 1183
Bu həftə: 940
Son həftə: 9850
Bu Ay: 47122
Son Ay: 56606
Bu İl: 359715
Ümumi: 2053640
2053640