Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “İstiqlal ordusunun fədakar sərkərdəsi” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğunda xüsusi xidmətləri olan general-mayor Murad Gəray bəy Tlexas haqqında arxiv materialları əsasında hazırladığı “ İstiqlal ordusunun fədakar sərkərdəsi” adlı məqaləsi “Kaspi” qəzetinin 05 sentyabr 2026-cı il tarixli, 33 (4284) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib. 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Milli Ordunun yaradılmasında mühüm rolu və xidməti olmuş hərbi sərkərdələrdən biri də çərkəz əsilli Murad Gəray bəy Tlexasdır. O, Rusiyadakı Mixail Artilleriya Məktəbini bitirib. Həmin məktəbi bitirdikdən sonra Rusiyanın bir sıra bölgələrində xidmət edib. 1912-1913-cü illərdə Rusiyanın artilleriya briqadasında kapitan rütbəsinə yüksəlib. I Dünya müharibəsində və Port-Artur uğrunda gedən döyüşlərdə iştirak edib. 

Murad Gəray bəy Azərbaycanda milli tərkibli qoşun hissələrinin sıralarında xidmət etməyə Azərbaycanda müsəlman korpusunun yaradılmasından sonra başlayıb. 1918-ci il noyabrın 15-də AXC hərbi nazirinin müavini, artilleriya generalı Səməd bəy Mehmandarov nazirliyin Baş Qərargahının və Dəftərxanasının yaradılması haqqında əmr imzalayıb. Həmin əmrdə qeyd edilirdi ki, Baş Qərargahın artilleriya şöbəsinin idarə edilməsi general-mayor Tlexasa tapşırılır. 

Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 3-də hərbi hissələrin ştatlarının işlənib hazırlanması üzrə nazir müavini Şıxlinskinin sədrliyi ilə komissiyanın yaradılması haqqında əmr imzalayır. Həmin əmrə uyğun olaraq, yaradılacaq komissiyanın tərkibinə dövrün görkəmli sərkərdələri, o cümlədən baş ştabın rəisi polkovnik Səlimov və intendant idarəsinin rəisi polkovnik Serebrennikov, atlı diviziyanın rəisi, general-mayor Qacar, artilleriya idarəsinin rəisi general-mayor Tlexas və digərləri daxil edilib. 

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 1664
Dünən: 1564
Bu həftə: 4777
Son həftə: 13063
Bu Ay: 12075
Son Ay: 43519
Bu İl: 469294
Ümumi: 2163219
2163219