22 İyun 2026 10:42 XƏBƏRLƏR Baxış sayı : 128
"Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının icrası ilə bağlı Milli Arxiv İdarəsi tərəfindən müvafiq informasiya sistemləri hazırlanaraq, Mərkəzi Bank tərəfindən Hökumət Ödəniş Portalına (HÖP) tam inteqrasiya edilmişdir. Hazırda adıçəkilən sistem tam olaraq HÖP üzərindən fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə tərəfdaşlığı ilə vətəndaşların və istifadəçilərin rahatlığının təmin edilməsi, onlayn ödənişlərin təşviq edilməsi, o cümlədən Milli Arxiv İdarəsinə aid onlayn xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün arxiv xidmətlərinin ödənişi “Mygov” tətbiqində, o cümlədən “my.gov.az” portalında aktiv edilmişdir.









| Bugün: | 1977 |
| Dünən: | 1822 |
| Bu həftə: | 5671 |
| Son həftə: | 15125 |
| Bu Ay: | 43487 |
| Son Ay: | 48609 |
| Bu İl: | 299474 |
| Ümumi: | 1993399 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az