Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Rusiya Federasiyasının Federal Arxiv Agentliyinin və Arxiv İşi və Sənədşünaslıq üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД)  birgə təşkilatçılığı ilə  10-14 noyabr 2026-cı il tarixlərində, Moskva şəhərində “Real virtual: Rəqəmsal dövrdə sənədli irs” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda arxivlərin, kitabxanaların və muzeylərin nümayəndələri, universitet professorları və informasiya texnologiyaları mütəxəssisləri iştirak edib. 

Konfransın mövzusuna uyğun olaraq, sənədlərin və muzey eksponatlarının  qorunması və bərpası, ixtisaslaşmış kadrların hazırlanması və müasir texnologiyaların və avadanlıqların tətbiqi, o cümlədən arxiv sənədlərinin ehtiyat nüsxələrinin yaradılması, mədəni irsin rəqəmsallaşdırılması məsələləri müzakirə edilib.

Sözügedən konfransda Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Şamxal Əlizadə onlayn formatda iştirak edərək “Arxivlərdə mühafizə olunan sənədlərin konservasiyası və restavrasiyası” mövzusunda çıxış edib. Çıxışda kino və fotosənədlərin fiziki vəziyyətinə nəzarət, mühafizə şəraitinin təmin edilməsi, sənədlərin qorunması, konservasiya və restavrasiya istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müasir texnologiyaların tətbiqi barədə məlumat verilib.


Bugün: 671
Dünən: 853
Bu həftə: 2338
Son həftə: 5692
Bu Ay: 14347
Son Ay: 36091
Bu İl: 507658
Ümumi: 2201583
2201583