Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət arxiv xidməti təşkilatlarının daxili idarəetmə sistemlərinə inteqrasiyası istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.1.3-cü yarımbəndi ilə dövlət orqanlarında daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid ilə bağlı olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.

Bu məqsədlə İdarənin tabeliyində fəaliyyət göstərən bir sıra dövlət arxiv xidməti təşkilatları, o cümlədən regionlarda fəaliyyət göstərən Dövlət Arxivinin filialları AzStateNet şəbəkəsinə qoşulub, onların Milli Arxiv İdarəsinin Elektron Sənəd Dövriyyəsi Sisteminə (ESDS), ödənişli arxiv xidmətlərinin tətbiqi üçün müvafiq Elektron Sistemə (NAPAY) inteqrasiyası təmin edilib. 

2026-cı ilin ikinci yarısından etibarən isə Dövlət Arxivinin filiallarının ESDS-ə qoşulması məqsədilə İdarənin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva, həmin şöbənin məsləhətçiləri Zinyət Vəliyeva, Qulam Məmmədzadə tərəfindən Dövlət Arxivi filiallarının əməkdaşları üçün müvafiq metodiki və praktiki təlimlər keçirilib. 

Cari ilin sonunadək Dövlət Arxivinin bütün filiallarının müvafiq elektron sistemlərə inteqrasiyası başa çatdırılacaqdır.

 

 


Bugün: 74
Dünən: 842
Bu həftə: 3452
Son həftə: 5584
Bu Ay: 9769
Son Ay: 36091
Bu İl: 503079
Ümumi: 2197004
2197004