Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr -Zəfər Günü çərçivəsində Dövlət Arxivinin Quba filialında tədbir keçirilib

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında sislisə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq, Dövlət Arxivinin Quba filialında, filialın tabeliyində fəaliyyət göstərən Qusar, Siyəzən, Xaşmaz və Şabran rayon dövlət arxivlərinin müdirlərinin iştirakı ilə tədbir  keçirilib.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru Şirin Müzəffərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızı cəmi 44 günə düşməndən azad etməsi barədə məruzə ilə çıxış etdi.


Bugün: 751
Dünən: 766
Bu həftə: 751
Son həftə: 5584
Bu Ay: 7068
Son Ay: 36091
Bu İl: 500378
Ümumi: 2194303
2194303