03 Noyabr 2026 04:20 XƏBƏRLƏR Baxış sayı : 11
Dövlət Arxivi Şəki filialının əməkdaşları 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi zamanı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rahib Hacı-İsmayılovun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin xatirəsi yad edilərək,onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması üçün dövlət qurumları tərəfindən davamlı dəstək tədbirlərinin,onların müraciətlərinin xüsusi həssaslıqla icra edilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.
Ziyarət zamanı şəhidin anası Tangiz İsmayılova oğlu haqqında xatirələrdən və keçdiyi döyüş yolundan söz açıb.
Rahib Məmmədemin oğlu Hacı-ismayılov 1991-ci il sentyabrın 17-də Şəkidə anadan olub. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə yola düşüb, “N”saylı hərbi hissənin tərkibində Tərtər, Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Döyüş tapşırığını yerinə yetirərkən Tərtər istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub.
Ölümündən sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”medalı ilə təltif edilib.



| Bugün: | 486 |
| Dünən: | 754 |
| Bu həftə: | 1240 |
| Son həftə: | 5689 |
| Bu Ay: | 1973 |
| Son Ay: | 36091 |
| Bu İl: | 495283 |
| Ümumi: | 2189208 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az