19 Oktyabr 2026 04:16 XƏBƏRLƏR Baxış sayı : 19
Milli Arxiv İdarəsinin İnsan resursları və hüquqi təminat sektorunda baş məsləhətçi-hüquqşünas vəzifəsində çalışan Mahmudova Fatimə Azər qızı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil edilən "Əmək qanunvericiliyinin praktiki məsələləri" adlı ixtisasartırma təlimində iştirak edərək, sözügedən təlimi müvəffəqiyyətlə başa vurub.
Cari ildə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə mütəmadi xarakterli ixtisasartırma təlimləri keçirilib. Sözügedən təlimlərdə iştirakçılar üçün “Normayaratma fəaliyyəti”, “İnzibati icraat qanunvericiliyi”, “Əmək qanunvericiliyinin praktiki məsələləri” mövzularında mühazirələr və praktiki bacarıqların artırılması məqsədilə interaktiv müzakirələr, real hüquqi situasiyaların təhlili və təcrübə mübadiləsi sessiyaları təşkil edilib.
Təlimlərin sonunda iştirakçılara müvafiq şəhadətnamələr təqdim olunub.

| Bugün: | 702 |
| Dünən: | 1271 |
| Bu həftə: | 702 |
| Son həftə: | 5927 |
| Bu Ay: | 26156 |
| Son Ay: | 43519 |
| Bu İl: | 483375 |
| Ümumi: | 2177300 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az