Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət arxiv xidməti təşkilatlarında 27 Sentyabr – Anım Gününə həsr olunmuş silsilə xarakterli tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə bağlı Milli Arxiv İdarəsində, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlər həyata keçirilir.

Dövlət Arxivi Gəncə filialının rəhbərliyi və əməkdaşları Anım Günü ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarlarının üzərinə tər güllər düzüblər. Əməkdaşlar Şəhidlər Xiyabanını ziyarətə gələn Şəhid ailələri ilə görüşüblər. Bununla yanaşı filialda mühafizə edilən və Vətən müharibəsi şəhidlərinin şəxsi mənşəli sənədlərindən ibarət səyyar sərgi təşkil edilib. Müvafiq sənədlər Şəhidlər Xiyabanını ziyarətə gələn vətəndaşlar və məktəblilər arasında böyük maraqla qarşılanıb. Filialın əməkdaşları sənədlər haqqında maraqlanan şəxsləri məlumatlandırıblar.

Dövlət Arxivi Şirvan filialının rəhbərliyi və əməkdaşlarının iştirakı ilə filialda Anım Günü ilə bağlı tədbir keçirilib. Əməkdaşlar Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə tər güllər düzüblər. Daha sonra şəhid ailələri ilə görüşlər keçirilib, tibb məntəqələrində müalicə alan şəhid anaları ziyarət olunub.

Dövlət Arxivi Göyçay filialının rəhbərliyi və əməkdaşları Göyçay şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə tər güllər düzüblər.  


Bugün: 1395
Dünən: 1968
Bu həftə: 9128
Son həftə: 10971
Bu Ay: 3363
Son Ay: 43519
Bu İl: 460582
Ümumi: 2154507
2154507