13 Oktyabr 2026 08:58 XƏBƏRLƏR Baxış sayı : 13
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin 2026 - cı ilin İş planına uyğun olaraq, arxivdə ictimai xadimlərin və müvafiq qurumların nümayəndələrinin, təhsil ocaqlarının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Açıq qapı” günlərinin, ekskursiyaların keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Dövlət Arxivinin və Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə adıçəkilən fakültənin pedaqoji heyətininin rəhbərliyi altında tələbələrin arxivə ekskursiyası təşkil edilib. Keçirilən ekskursiyanın məqsədi tələbələri dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında maarifləndirməkdir.
Tələbələr Dövlət Arxivinin fəaliyyəti ilə əyani şəkildə tanış oldular. Onlar Dövlət Arxivində daimi mühafizə olunan xüsusi qiymətli sənədlərlə, o cümlədən yeni yaradılmış “Azərbaycanın Milli Qəhrəmanları” fondunda saxlanılan şəxsi mənşəli sənədlərlə tanış oldular.
Ekskursiya çərçivəsində tələbələr Mərkəzi Laboratoriyada sənədlərin bərpası, onların rəqəmsallaşdırılması prosesini əyani izlədilər. Daha sonra mühafizəxanalarda sənədlərin qorunması rejimi və şəraiti nümayiş etdirildi.
Bununla yanaşı tələbələr Dövlət Arxivində təşkil edilmiş “Arxivə düşən izlər” və “Arxivlərdə yaşayan tarix” adlı kitab sərgisi ilə də tanış oldular. Sərgidə arxiv sənədləri və materialları əsasında hazırlanmış, müxtəlif dövrlərin ictimai-siyasi, mədəni və tarixi hadisələrini əks etdirən nəşrlər nümayiş etdirilib.
| Bugün: | 598 |
| Dünən: | 1616 |
| Bu həftə: | 2214 |
| Son həftə: | 12229 |
| Bu Ay: | 21741 |
| Son Ay: | 43519 |
| Bu İl: | 478960 |
| Ümumi: | 2172885 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az