Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

            Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.  Tədbir soyqırım qurbanlarının müqəddəs xatirəsinin bir dəqiqəlik sükütla yad olunması ilə başlanmışdır. Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, həmçinin İdarənin əməkdaşları, Respublika dövlət arxivlərinin rəhbərləri iştirak edirdilər. 

            Mərasimi giriş nitqi ilə açan İdarənin rəisi Əsgər Rəsulov, eləcə də çıxış edən digər natiqlər Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın hərbçilərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələrindən, Xocalı soyqırımının xalqımızın tarixində buraxdığı izdən danışdılar. Qeyd edildi ki, Xocalı faciəsi xalqımızın qan yaddaşında daim yaşadılmalı, faciənin gerçəklikləri gələcək nəsillərə çatdırılmalı, günahkarlar cəzalandırılmalı, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməlidir.  


Bugün: 853
Dünən: 1244
Bu həftə: 9520
Son həftə: 12011
Bu Ay: 45852
Son Ay: 56606
Bu İl: 358445
Ümumi: 2052370
2052370