Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialına məktəblilərin ekskursiyası təşkil olunmuşdur

             Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan filialının 2022 - ci ilin İş planına uyğun olaraq  filialın və Salyan rayon 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

            Adçəkilən məktəbin və filialın birgə təşkilatçılığı ilə keçirilmiş ekskursiya zamanı şagirdlərə arxivin əsas fəaliyyət istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar, Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

               Daha sonra filialın arxivçisi Sədəf Nəcəfova şagirdləri  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış etmiş, onları maraqlandıran sualları cavablandırılmışdır. 


Bugün: 1107
Dünən: 1666
Bu həftə: 1107
Son həftə: 9387
Bu Ay: 4028
Son Ay: 52648
Bu İl: 369269
Ümumi: 2063194
2063194