Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov “ARCANUM” şirkətinin icraçı direktoru Elod Biszakı qəbul etmişdir

31 yanvar 2023-cü il tarixində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Macarıstanın informasiya texnologiyaları və proqram həlləri sahəsində fəaliyyət göstərən “ARCANUM” şirkətinin icraçı direktoru Elod Biszakı qəbul etmişdir.           

Görüş zamanı Azərbaycan Repsublikasının Dövlət Arxivlərində arxiv işinin elektronlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, əldə olunan nəticələr haqqında qonağa məlumat verilmişdir.

Adıçəkilən şirkətin icraçı direktoru Elod Biszak təmsil etdiyi şirkətin nailiyyətləri, texnoloji həlləri, o cümlədən kağız əsaslı kitab, qəzet və arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə öz təcrübələrini bölüşmüşdür.

         Daha sonra əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

 

 


Bugün: 1108
Dünən: 1666
Bu həftə: 1108
Son həftə: 9387
Bu Ay: 4029
Son Ay: 52648
Bu İl: 369270
Ümumi: 2063195
2063195