Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Mətbuat gününə həsr olunmuş "Dahi ziyalımız Həsən bəy Zərdabi..." adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

         22 İyul Milli Mətbuat Gününə həsr olunmuş "Dahi ziyalımız Həsən bəy Zərdabi..." adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanmışdır. Sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş olunur. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunmuşdur. 

            Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz. 

 

 

 

 

 

 

 

 

 


Bugün: 131
Dünən: 1282
Bu həftə: 1413
Son həftə: 9850
Bu Ay: 47595
Son Ay: 56606
Bu İl: 360189
Ümumi: 2054114
2054114