Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova beynəlxalq elmi-praktiki seminarda iştirak etmişdir

         12-13 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Şimal-qərbi federal dairəsinin şəxsi mənşəli sənədlərlə iş üzrə təşkilati-metodiki mərkəzi, Sankt-Peterburq Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi və Rusiya İncəsənət Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Şəxsi fondlarda olan təsviri sənədlərlə iş: Onların komplektləşdirilməsi, mühafizəsi, elmi təsviri və istifadəsinin əsasları”  mövzusunda beynəlxalq elmi-praktiki seminar təşkil edilmişdir.

            Onlayn formatda təşkil olunan seminarda S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova iştirak etmişdir. Seminarda həmçinin Rusiya Federasiyasının, Belarus Respublikasının, Özbəkistan Respublikasının müvafiq dövlət arxivlərinin, o cümlədən aidiyyəti elmi müəssisələrin nümayəndələri iştirak etmişdirlər. 

 

 

 

 

 

 

 


Bugün: 741
Dünən: 1333
Bu həftə: 9008
Son həftə: 10000
Bu Ay: 26361
Son Ay: 48459
Bu İl: 440061
Ümumi: 2133986
2133986