Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində İlahiyyat İnstitutunun tələbələrinin ekskursiyası təşkil olunmuşdur

Salman Mümtaz adına Dövlət Ədəbiyyat  və  İncəsənət Arxivinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin ekskursiyası təşkil olunmuşdur.

Arxivin direktoru Könül Nəsibova tələbələr qarşısında çıxış edərək sahə üzrə normativ hüquqi aktların tələblərini,  dövlət arxivlərinin əsas iş qaydalarını tələbələrə izah etmiş, sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və göstərilən elektron xidmətlər  haqqında məlumat vermişdir.

Daha sonra arxivin şöbə müdirləri Cavid Məmmədli, Mətanət Qasımova və Xatirə Vəliyeva arxivdə mühafizə edilən sənədlər, o cümlədən sənədlərin komplektləşdirilməsi və mühafizəsi qaydası haqqında tələbələrə məlumar vermiş və onların suallarını cavablandırmışlar. Sonra sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə nümayiş etdirilmişdir.

           Ekskursiyanın sonunda arxivin sənədləri əsasında nəşr edilmiş “Salman Mümtazın publisistikası arxiv sənədlərində” adlı kitab İnstitutun Dinşünaslıq kafedrasının müəllimi İradə Tağıyevaya təqdim olunmuşdur.

 


Bugün: 696
Dünən: 1355
Bu həftə: 7630
Son həftə: 10000
Bu Ay: 24983
Son Ay: 48459
Bu İl: 438683
Ümumi: 2132608
2132608