Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şəki Dövlət Dram Teatrının sənədləri daimi mühafizə məqsədilə Dövlət Səs Yazıları Arxivinə təhvil verilmişdir

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının 2013-2019-cu illərdə oynanılmış tamaşaları –Səməd Vurğunun Vaqif”, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı,  Haldun Tanerin ...və dəyirman dönərdi”, Molyerin Xəstəlik xəstəsi və ya yaşasın teatr”, Hidayət Sayının Davul səsitamaşaları rəqəmsal formatda daimi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə  təhvil verilmişdir.

           Əsası 1879-cu ildə Rəşid bəy Əfəndiyev tərəfindən qoyulmuş Şəki Dövlət  Dram  Teatrı Nuxa Teatrının  sələfidir.  Sonralar Bakı teatrlarında  fəaliyyət  göstərmiş  görkəmli aktyorlar İsmayıl Osmanlı, Lütfəli  Abdullayev, Yusif Vəliyev və başqalarının ədəbi fəaliyyəti adıçəkilən teatrla bağlı olmuşdur.

 


Bugün: 725
Dünən: 1355
Bu həftə: 7659
Son həftə: 10000
Bu Ay: 25012
Son Ay: 48459
Bu İl: 438712
Ümumi: 2132637
2132637