NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “III Beynəlxalq Arxivçilər Konqresi”, o cümlədən adıçəkilən konqres çərçivəsində “Digital Archive EXPO” adlı sərgi keçirilib.  

Qazaxıstan Respublikası Prezidenti Arxivinin təşkilatçılığı, BMT, UNESCO və Beynəlxalq Arxivlər Şurasının (ICA) dəstəyi ilə keçirilən tədbirdə 30 ölkədən, beynəlxalq təşkilatlardan, informasiya texnologiyaları, elm və təhsil qurumlarından  ümumilikdə 500 nümayəndə iştirak edib.

Tədbir Mərkəzi Asiya regionu üçün peşəkar diskussiya mühiti təqdim etməklə yanaşı, tarixi-mədəni və sənəd irsinin qorunması məsələlərində innovativ ideyaların və qabaqcıl texnologiyaların arxiv sferasında tətbiqi baxımından aktual hesab olunur.

Tədbir çərçivəsində təşkil edilə “Digital EXPO” sərgisində isə avtomatlaşdırılmış arxiv texnologiyaları, İT həllər, Sİ məhsulları və digər qabaqcıl texnologiyalar nümayiş etdirilib.

Sözügedən tədbirdə Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Fazil Abbasov və Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin məsləhətçisi Qulam Məmmədzadə iştirak ediblər.


Today: 764
Yesterday: 2152
This Week: 2916
Last Week: 10809
This Month: 27563
Last Month: 52648
This Year: 392804
Total: 2086729
2086729