03 Сентябрь 2026 03:31 Новости Baxış sayı : 213
Dövlət Arxivi Göyçay filialının kollektivi 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümuzun təmin edilməsi zamanı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Vidadi Xəlilovun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin xatirəsi yad edilərək, onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması üçün dövlət qurumları tərəfindən davamlı dəstək tədbirlərinin, onların müraciətlərinin xüsusi həssaslıqla icra edilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.
Dövlət Arxivi Göyçay filialının direktoru Ziyad Hüseynov şəhidin qızı Zəhra Xəlilovanı yüksək nəticə ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olması və tələbə adını qazanması münasibətilə təbrik edərək, ona hədiyyə təqdim edib.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
.jpg)



.jpg)

| Cегодня: | 484 |
| Вчера: | 1324 |
| На этой неделе: | 4977 |
| На прошлой неделе: | 8778 |
| Этот месяц: | 12330 |
| Прошлый месяц: | 48459 |
| В этом году: | 426030 |
| Всего: | 2119955 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az