NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivinin Gəncə və Salyan filiallarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi, o cümlədən Faşizm üzərində Qələbə gününə həsr edilmiş tədbirlər keçirilib

Dövlət Arxivinin Gəncə filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş tədbir, o cümlədən 9 May Faşizm üzərində Qələbə Gününə həsr edilmiş sənəd sərgisi təşkil edilib. Tədbirdə  Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdirləri  texniki fənlər üzrə fəlsəfə doktoru, dosent Eldar Zeynalov və texniki fənlər üzrə fəlsəfə doktoru, dosent Aydın İsayev iştirak ediblər.

Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova  çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri haqqında, həmçinin arxiv işinə münasibəti barədə ətraflı məlumat verdi.

Daha sonra Faşizm üzərində qələbənin qazanılmasında azərbaycanlıların qəhrəmalığı, fədakarlığı, Bakı neftinin müstəsna əhəmiyyəti haqqında çıxışlar edildi.

Dövlət Arxivi Salyan filialında da 9 May Faşizm üzərində qələbə gününə həsr edilmiş ekskursiya təşkil edilib. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 saylı tam orta   məktəbin 5-ci sinif şagirdlərinin arxivə ekskursiyası zamanı filialın direktoru Səkinə Məlikova ilk öncə arxivin fəaliyyəti haqqında məlumat verdi.

Filialın əməkdaşı Sədəf Nəcəfova şagirdlərə İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlılar və onların qəhrəmanlığından danışdı. Bildirildi ki, həmin dövrdə azərbaycanlılar həm ön cəbhədə, o cümlədən arxa cəbhədə böyük fədakarlıq göstəriblər. Bakı nefti qələbənin qazanılmasında xüsusi rol oynayıb.

Daha sonra şagirdlər arxivin fəaliyyəti ilə əyani şəkildə tanış oldular.


Today: 188
Yesterday: 1100
This Week: 188
Last Week: 10546
This Month: 38348
Last Month: 55339
This Year: 245726
Total: 1939651
1939651