NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivinin Göyçay filialında "Açıq qapı" günü və Novruz bayramına həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Göyçay filialının 2026-cı ilin İş Planına əsasən “Açıq qapı” günü, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunması və təbliği məqsədilə "Arxivdən gələn bahar" adlı bayram tədbiri təşkil edilib.
            Tədbir çərçivəsində Göyçay İdarəetmə və Texnologiya Kollecinin "Arxiv işi və kargüzarlıq" fakültəsinin tələbələri, Göyçay Mərkəzi Kitabxana Sisteminin və "Azərpoçt" Göyçay filialının  rəhbər və əməkdaşları ilk olaraq, filialda sərgilənən və Novruz adət-ənənələrini əks etdirən kompozisiyalara, stendlərə baxış keçirdilər. Filialın direktoru Ziyad Hüseynov iştirakçıları arxiv sənədlərindən ibarət  sərgi ilə tanış etdi.  Sənəd sərgisində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif dövrlərdə Novruz bayramı münasibətilə təşkil edilmiş tədbirlərlə bağlı arxiv sənədləri sərgilənmişdir.

Ziyad Hüseynov tərəfindən arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verilib. Bildirilib ki, Dövlət Arxivinin Göyçay filialının tabeliyində Qəbələ, Zərdab, Ağdaş və Ucar rayon dövlət arxivləri fəaliyyət göstərir.  

Daha sonra iştirakçılar arxivin fəaliyyəti ilə əyani şəkildə tanış olub, fikir mübadiləsi apardılar.

 


Today: 1022
Yesterday: 1972
This Week: 8409
Last Week: 10866
This Month: 24089
Last Month: 55339
This Year: 231467
Total: 1925392
1925392