NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsində “Arxiv işinin təşkili: arxivlərin idarə olunması, planlaşdırma və hesabat, görülən işin gündəlik qeydiyyatı” mövzusunda seminar-məşğələ keçirilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin 24.01.2024-cü il tarixli, 3-48-2/3-1-8/2024 №li Əmri ilə təsdiq edilmiş “Arxiv sahəsində çalışan işçilərin peşəkarlığının və ixtisaslarının artırılması üzrə 2024-cü il üçün təlim Proqramı”na uyğun olaraq 03.05.2024-cü il tarixində Milli Arxiv İdarəsində “Arxiv işinin təşkili: arxivlərin idarə olunması, planlaşdırma və hesabat, görülən işin gündəlik qeydiyyatı” mövzusunda seminar məşğələ keçirilib.

Tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri və əməkdaşları, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının və rayon dövlət arxivlərinin rəhbər və aidiyyəti sahəyə məsul olan əməkdaşları iştirak ediblər. 

Ənənəvi və onlayn formada təşkil edilən seminar-məşğələni Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova açıq elan edərək mövzunun aktuallığını, dövlət arxiv xidməti təşkilatlarında işin idarə olunması və təşkili məsələləri, plan və hesabatların verilməsi zamanı meydana çıxan çətinliklər, qeyd olunan məsələlərin həlli istiqamətində təkliflər haqqında iştirakçılara məlumat verdi. 

Adıçəkilən şöbənin baş məsləhətçiləri Həbib Həsənov, Gülnar Təhməzli və Gültən Eminova məruzə ilə çıxış edərək dövlət arxivləri tərəfindən plan və hesabatların hazırlanması, təqdimatı, Elektron Hesabatlar Sisteminə vaxtında yerləşdirilməsi və s. haqqında mövcud problemlər və onların həlli yolları haqqında çıxış etdilər. 

Daha sonra seminar sual-cavab formatında davam etdirilib.


Today: 402
Yesterday: 707
This Week: 5395
Last Week: 5963
This Month: 15397
Last Month: 23672
This Year: 104370
Total: 1124791
1124791