07 Май 2025 04:25 Новости Baxış sayı : 73
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan filialının 2025 - ci ilin İş planı çərçivəsində “Konstitusiya və Suverenlik İli”, o cümlədən Faşizm üzərində qələbənin 80 illiyi münasibətilə filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Tədbirdə Salyan rayon Ziyalılar birliyinin sədri Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Ağayev, Respublika Əmək Veteranları Şurasının Salyan rayon Təşkilatının sədr müavini İslam Rzayev və Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin ictimai birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov iştirak ediblər.
ARDA Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək arxivin əsas fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Daha sonra iştirakçılar filialda daimi mühafizə edilən və İkinci Dünya Müharibəsində Salyan rayonundan olan sakinlərin ön və arxa cəbhədə fədakarlığını özündə əks etdirən Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin müvafiq arxiv sənədləri ilə tanış oldular.
Tədbir açıq diskussiya şəklində davam etmişdir.
Cегодня: | 881 |
Вчера: | 1019 |
На этой неделе: | 4786 |
На прошлой неделе: | 7549 |
Этот месяц: | 8719 |
Прошлый месяц: | 30229 |
В этом году: | 113113 |
Всего: | 1425697 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az