Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2023-cü ildə fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib

19 aprel 2024-cü il tarixində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2023-cü ildə fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib. İslasda Milli Arxiv İdarəsi Kollegiyasının üzvləri, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, Milli Arxiv İdarəsinin, İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər. 

Tədbir iştirakçıları ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla andılar. 

Giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 2023-cü ilin Azərbaycan Respublikasının həyatında xüsusi rəmzi məna kəsb etməsini xatırladaraq bildirdi ki, məhz bu ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Şanlı ordumuzun qətiyyəti ilə bütün ərazilərimiz üzərində suverenlik bərpa edilmiş, ərazi bütövlüyü tam təmin edilmiş, 30 il ərzində kök salmış terror yuvaları darmadağın edilmişdir.

2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd edildiyini diqqətə çatdıran Əsgər Rəsulov Milli Arxiv İdarəsinin və dövlət arxiv xidməti təşkilatlarının bu məqsədlə həyata keçirdikləri tədbirlər barəsində iştirakçılara məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin başçısı kimi hakimiyyətinin 20 illiyinin məhz 2023-cü ilə təsadüf etdiyini qeyd edən Əsgər Rəsulov respublikamızın siyasi, iqtisadi müstəqilliyə nail olmasının, torpalarımızın  düşmənlərdən təmizlənməsinin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasının məhz sözügedən dövrün əlamətdar hadisələri olduğunu bildirdi.

Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası haqqında məlumat verərək hesabat ilində qanunvericilik aktlarında aparılmış düzəlişləri, yeni qəbul edilmiş normativ hüquqi aktlar istiqamətində görülən işləri qeyd etdi.

Daha sonra İdarənin rəis müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının 2023-cü ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə   respublika arxiv xidməti təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin icrası, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verdi.

Məruzə ətrafında çıxış edən natiqlər müvafiq olaraq arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təklif və fikirlərini bildirdilər.

İdarənin rəisi Əsgər Rəsulov yekun çıxışında qarşıda duran əsas vəzifələr haqqında danışarkən “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair  Tədbirlər Planı”nında, nəzərdə tutulmuş işlərin icrası istiqamətində dövlət arxiv xidməti təşkilatlarının əməkdaşlarına uğurlar arzuladı.   

Daha sonra Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 


Cегодня: 832
Вчера: 858
На этой неделе: 4108
На прошлой неделе: 5729
Этот месяц: 4810
Прошлый месяц: 25108
В этом году: 270959
Всего: 1291380
1291380