Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış "Zakir Mirzəyev-80” adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən əməkdar artist, məşhur qarmon ifaçısı Zakir Mirzəyevin anadan olmasının 80 illiyi münasibətilə hazırlanmış videoxülasə yubilyarın həyat və fəaliyyətinə həsr olunub. Z. Mirzəyevin ifaçılıq mədəniyyəti, Azərbaycan musiqisinin inkişafı istiqamətində gördüyü işlər haqqında Azərbaycan musiqişünasları, o cümlədən xalq artistləri Əlibaba Məmmədov, Habil Əliyev və digərləri tərəfindən deyilmiş  fikirlərə yer verilib. Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanmaqla, arxivin direktoru Xalidə Fərəcullayeva tərəfindən səsləndirilib.

Adıçəkilən videoxülasə ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 894
Dünən: 1697
Bu həftə: 2591
Son həftə: 9430
Bu Ay: 29374
Son Ay: 48459
Bu İl: 443074
Ümumi: 2136999
2136999