Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Malayziya Milli Arxiv İdarəsi tərəfindən Kuala-Lumpur şəhərində “Fəlakət hallarında qeydlər və arxivlərin idarə edilməsi üçün hazırlıq” mövzusunda təlim keçirilmişdir.

Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) nəzdində fəaliyyət göstərən Malayziya Milli Arxiv İdarəsi tərəfindən 05-14 iyul 2023-cü il tarixlərində Kuala-Lumpur şəhərində “Fəlakət hallarında qeydlər və arxivlərin idarə edilməsi üçün hazırlıq” mövzusunda keçirilən qısamüddətli təlimdə Milli Arxiv İdarəsi tərəfindən, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin, Beynəlxaq əlaqələr sektorunun müdiri, Günel Ağayarova Tahir qızı iştirak etmişdir. Təlim zamanı Malayziya Milli Arxivinin ümumi iş təcrübəsi, xüsusilə də təbii fəlakətlər zamanı arxiv sənədlərinin qorunması məqsədilə öncədən görüləcək tədbirlər və sonrakı restavrasiya işləri üzrə nəzəri və praktik biliklər təqdim olunmuş, həmçinin İndoneziya, Şri Lanka, Filippin və təbii fəlakətlərlə tez-tez qarşılaşan digər ölkələrin iştirakçıları da arxiv sənədlərinin qorunması üzrə öz təcrübələrini bölüşmüşlər.

 


Bugün: 1213
Dünən: 1666
Bu həftə: 1213
Son həftə: 9387
Bu Ay: 4134
Son Ay: 52648
Bu İl: 369375
Ümumi: 2063300
2063300