Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin və dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları Zəfər Parkında Şəhidlərimizin əziz xatirəsini yad ediblər

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi və əməkdaşları, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının kollektivləri Zəfər parkında xatirə daşının önünə gül dəstələri düzərək Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır.


Bugün: 1332
Dünən: 1315
Bu həftə: 7419
Son həftə: 5692
Bu Ay: 19428
Son Ay: 36091
Bu İl: 512738
Ümumi: 2206663
2206663