Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlәt Arxivin əməkdaşı Rәfael Sadiqovun “Naxçıvanın tarixi yaddaşında Kәngәrli izi” sərlövhəli məqaləsi mətbuatda dərc edilib.

         Naxçıvan Muxtar Respublikası Dövlәt Arxivin əməkdaşı Rәfael Sadiqovun “Naxçıvanın tarixi yaddaşında Kәngәrli izi” sərlövhəli məqaləsi Yeni fikir qəzetinin 30 iyun2026-cı il tarixli 6 (75) nömrəli sayında dərc edilib.

Azәrbaycanın qәdim tarixә malik bölgәlәrindәn biri olan Naxçıvan әsrlәr boyu müxtәlif tayfaların, dövlәtlәrin vә mәdәniyyәtlәrin qovuşduğu mühüm mәkan olmuşdur. Bu tarixi proseslәr içәrisindә Kәngәrli tayfası xüsusi yer tutur. Naxçıvan xanlığının yaranması vә inkişafında mühüm rol oynayan Kәngәrlilәr tәkcә bölgәnin siyasi hәyatında deyil, hәm dә onun etnik tәrkibinin, sosial münasibәtlәrinin vә tarixi yaddaşının formalaşmasında әhәmiyyәtli iz buraxmışlar.

Bu gün Kәngәrlilәrin adı yalnız tarixi mәnbәlәrdә deyil, hәm dә Naxçıvanın coğrafi mәkanında, yer adlarında, yaş yış mәntәqәlәrindә vә xalq yaddaşında yaşamaqdadır. Tarixi yaddaşın daşıyıcısı olan bu izlәr Kәngәrli tayfasının bölgәnin inkişafında oynadığı rolu daha aydın şәkildә anlamağa imkan verir. Mәhz buna görә dә Kәngәrli tayfasının mәskunlaşma areallarının vә müasir coğrafi izlәrinin araşdırılması Naxçıvanın tarixi keçmişinin öyrәnilmәsi baxımından mühüm әhәmiyy әt kәsb edir.

Kәngәr tayfasının Naxçıvan әrazisindә mәskunlaşmağa başlaması eramızın IV-V әsrlәrinә tәsadüf edir. Belә ki, hәmin yüz illiklәrdә Kәngәrlәr Şimali Qafqazdan Azәrbaycan әrazisinә daxil olan hunlarla birlikdә bu torpaqlara ayaq basmış, hәmin dövrdәn etibarәn onlar Azәr baycanın bir çox bölgәsinә, o cümlәdәn Naxçıvan torpağına sәpәlәnәrәk burada bina qoy muş lar. Amma tarixi mәnbәlәrdә bu haqda fikirlәr birmәnalı deyil. Mәsәlәn, mәşhur yunan tarixçisi Ptolomey öz әsәrindә qeyd edir ki, miladdan öncә II әsrdә Şamaxı ilә Bakı arasında Kenqer, Kanqar şәhәri mövcud olub dur. Pәhlәvi vә gürcü qaynaqlarında da, hәmçinin burada Kanqarq vilayәtinin olması haqqında mәlumatlar mövcuddur. Kәngәr tayfası IX-X әsrlәrd әn etibarәn (Xarәzm şahların zamanında) İslamı qәbul edib vә bu dövr qaynaqlarında “Kәngli” adı ilә dә tanınıbdır.

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz (səh. 8).

 

 


Bugün: 2148
Dünən: 4623
Bu həftə: 8604
Son həftə: 12412
Bu Ay: 17045
Son Ay: 56606
Bu İl: 329638
Ümumi: 2023563
2023563