11 İyun 2026 05:20 XƏBƏRLƏR Baxış sayı : 94
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Dövlət Arxivinin Quba filialında 9 iyun - Beynəlxalq Arxivlər Gününə həsr edilmiş “Açıq dərs” keçirilib.
Tədbirin əsas məqsədi arxivlərin fəaliyyətini ictimaiyyətə tanıtmaq, sənədlərin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini nümayiş etdirmək olmuşdur.
"Arxiv işinin təşkili, kargüzarlığın aparılması, sənədlərin dövlət arxivinə qəbulu və onlardan istifadənin təşkili” mövzusuna həsr edilmiş açıq dərsdə Quba Dövlət Regional Kollecin “Arxiv və kargüzarlıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak ediblər.
Dövlət Arxivi Quba filialın direktoru Şirin Müzəffərov tələbələrə arxiv işinin təşkili, sənədlərin qəbulu, mühafizəsi, təsnifatı və istifadəyə verilməsi qaydaları haqqında ətraflı məlumat verərək qanunvericiliyin tələblərini izah etdi.
Daha sonra tələbələr arxivdə saxlanılan sənədlərlə, o cümlədən onların mühafizə şəraiti yaxından tanış oldular, onların sualları cavablandırıldı.




| Bugün: | 1434 |
| Dünən: | 1702 |
| Bu həftə: | 12213 |
| Son həftə: | 10198 |
| Bu Ay: | 22411 |
| Son Ay: | 48609 |
| Bu İl: | 278398 |
| Ümumi: | 1972323 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az