Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Özbəkistan Milli Teleradio Şirkətinin nümayəndələri Milli Arxiv İdarəsində olub

Özbəkistan Milli Teleradio Şirkətinin nümayəndələri “Mədəniyyət və mərifət” və “Özbəkistan tarixi” televiziya kanalları üçün sənədli filmlərin hazırlanması məqsədilə Azərbaycan Respublikasına səfər çərçivəsində Milli Arxiv İdarəsində olub, İdarənin rəisi Əsgər Rəsulovla görüşüblər. 

Görüş zamanı Azərbaycan – Özbəkistan tarixi əlaqələri, o cümlədən arxiv işi sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan özbək mədəniyyət xadimlərinə dair sənədlərlə tanış oldular.


Bugün: 830
Dünən: 2152
Bu həftə: 2982
Son həftə: 10809
Bu Ay: 27629
Son Ay: 52648
Bu İl: 392870
Ümumi: 2086795
2086795