Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinin 110 illiyi münasibətilə Dövlət Səs Yazıları Arxivi tərəfindən videoxülasə hazırlanmışdır

 

            Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış videoxülasədə görkəmli səhnə ustası, Azərbaycan SSR Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığına aid olan və sözügedən arxivin fondlarında mühafizə edilən bir sıra fono və video sənədlərdən istifadə olunmuş, görkəmli sənətkarın müsahibələrinə, sənət dostlarının onun haqqında xatirələrinə və s. yer verilmişdir. Sözügedən layihə Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinin 110 illiyinə həsr olunmuşdur.

  Videoxülasə ilə həmçinin Milli Arxiv İdarəsinin YouTube kanalından tanış ola bilərsiniz.

 

 

 

 

 

 

 


Bugün: 412
Dünən: 1355
Bu həftə: 7346
Son həftə: 10000
Bu Ay: 24699
Son Ay: 48459
Bu İl: 438399
Ümumi: 2132324
2132324