Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 03:33:35
Baxış sayı : 2364

ERMƏNİLƏR VƏ İRAN 

Mirzə Bala Məmmədzadənin 1927-ci ildə İstanbulda nəşr etdirdiyi «Ermənilər və İran» əsəri öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır. Ququ quşunun balaları kimi parazit həyat sürən ermənilər dünyanın hansı ölkəsinə ayaq açırlarsa oraya tezliklə uyğunlaşır və kök salırlar. Harada olurlarsa-olsunlar ən iyrənc üsullarla əsrlərlə xülyasında olduqları Böyük Ermənistanı dirçəltmək kimi sərsəm sayıqlamalarını hamının beyninə, fikrinə yeritməyə çalışırlar. Özü də bu yolda onlar heç bir yalandan, böhtandan çəkinmirlər. M.Məmmədzadənin «Ermənilər və İran» əsərini oxuduqda və onu bugünkü daşnak xislətli erməni təbliğatı ilə müqayisə etdikdə elə təsəvvür yaranır ki, sanki söhbət gedən hadisələrdən bir əsrə yaxın vaxt keçməyib. Tarixdə heç nə dəyişməyib. Ermənilər öz istədiklərinə nail olmaq üçün hər cür yalana və böhtana əl atırlar. 1988-ci ilin fevralından uydurma Qarabağ problemini ortaya atdıqdan sonra, bu beş il ərzində ermənilər özlərinin haqlı olduqlarını sübuta yetirmək üçün nələr etmədilər. Azərbaycan xalqını dünya ictimaiyyətinin gözündən salmaq üçün nə kimi yaramazlıqlara əl atmadılar. 

M.Məmmədzadənin «Ermənilər və İran» əsəri ilə tanış olarkən bir daha yəqin edirik ki, ermənilərin bugünkü hərəkətləri təsadüfdən doğmayıb, onlar yüz il bundan əvvəl hazırladıqları plan əsasında, çox dəqiq hərəkət edirlər. Həmin hərəkətlər bü millətin xislətindən meydana gəlir. Ağa qara, qaraya ağ demək, öz yalanını doğru kimi qələmə vermək bu millət ağalarına xas olan başlıca xüsusiyyətdir. Öz məqsədlərinə çatmaq üçün onlar nə kimi yalanlar uydurmağa qabildirlər, ilahi!


1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrana qaçan Daşnaksütyun tör-töküntüləri burada da sakit oturmurlar. İranı erməni milli hərəkatının başlıca mərkəzlərindən birinə çevirirlər. İran hakim dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaklar yerli ermənilərlə birlikdə İranda özlərinin çoxlu iqtisadi və ictimai təşkilatlarını yaradır, məktəblər və teatrlar açır, qəzetlər nəşr edirlər. Onlar İranın bir çox mülki və hərbi idarələrinə soxulur, Rza Pəhləvinin hakimiyyətə gəlməsindən istifadə edərək İran Azərbaycanında iqtisadi və ticarət imtiyazları sahəsindəki hegemonluğu öz əllərinə keçirməyə çalışırlar. Maraqlıdır ki, Sovet İttifaqının İrandakı səfiri erməni Davityanın köməyilə ermənilər İrandakı Sovet səfirliyində də əsas vəzifələri öz əllərinə keçirirlər. 1 Bir sözlə ermənilər İranda xüsusi iqtisadi, ticarət və mədəni imtiyazlar əldə edirlər. Ancaq bununla kifayətlənmirlər. Hər yerdə olduğu kimi, burada da siyasi fəaliyyəti ön plana çəkir, ermənilərə xas olan təcavüzkarlıq siyasətini daha da gücləndirirlər. Təəssüflər olsun ki, İranın «Təbriz», «Pərvəriş» kimi qəzetləri də erməni daşnaklarının dəyirmanına su tökür, türklərə, o cümlədən azəri türklərinə qarşı təbliğatda onların əlində vasitəyə çevrilirlər. 2


İranda erməni millətçiləri və daşnaklarının siyasi təbliğatının əsas qayəsi türk dünyasına, ilk növbədə isə Türkiyə və Azərbaycana qarşı yönəldilmişdir. İrandakı daşnaklar və mühacir ermənilər İranda hakimiyyətə gəlmiş Pəhləvi xanədanının şovinist, paniranizm və ya panariyanizm əhval-ruhiyyəsindən məharətlə istifadə etməyə çalışır, onu daha da qızışdırırdılar.


1923-cü ildə Bakıda Müsavat partiyasının gizli mərkəzi dağıdıldıqdan sonra İrana mühacirət etməyə məcbur olan M.Məmmədzadə 1927-ci ilə kimi orada yaşamışdır. Dövrünün açıqgözlü və uzaqgörən siyasi xadimlərindən olan Mirzə Bala ermənilərin İranda yeritdikləri antitürk qızışdırıcılıq siyasətini çox incəliklərinə qədər duya bilmiş və özünün «Ermənilər və İran» əsərində onu ifşa və tənqid etmişdir.


Ermənilər guya özlərinin də mənsub olduqları panariyanizm ideyasını əllərində bayraq edərək müstəqil ariyan ittifaqı yaratmağı təbliğ edirdilər ki, bu ittifaqda ermənilərə də xüsusi yer verilməli idi.


M.Məmmədzadə ermənilərin İranda yeritdikləri təxribatçı paniranizm və ya panariyanizm siyasətinin mahiyyətini açaraq göstərdi ki, onların təbliğatının əsasını İranı istəmək deyil, panariyanizm bayrağı altında sərsəm Böyük Ermənistan yaratmaq işinə İranı da cəlb etmək idi. Çox maraqlıdır ki, ermənilərin həyasız təbliğatları ağ parçanı qara sapla tikməyə bənzəyir.


Təəssüflər olsun ki, nə o vaxt İran hakim dairələri, nə də bu gün Rusiya rəhbərləri ermənilərin bu cür «qara sapla» tikilən siyasətini ya görmür, ya da özlərini görməməzliyə vururlar. Əslində isə ermənilərin bu siyasəti həm də həmin ölkələrin özünə qarşı yönəlib. Bu beş ildə ermənilər keçmiş SSRİ-yə və Rusiyaya qarşı nələr uydurmayıb, nə kimi iyrənc hərəkətlərə əl atmayıblar. Bunun müqabilində isə mərkəzdəki erməni lobbisinin məharətlə ələ aldığı keçmiş SSRİ-nin və indiki Rusiyanın rəhbərləri həmişə erməniləri müdafiə edib. Maraqlıdır ki, belə bir vaxtda onlar İrana qarşıda belə bir təbliğat aparırdılar.Beləki 1918-ci il noyabrın 10-da Amerika Birləşmiş Ştatlarının Senatına təqdim olunmuş layihədə «Böyük Ermənistana» - «1. Altı Türkiyə vilayətindən və Kiliviyadan ibarət Türkiyə Ermənistanı; 2. Qafqaziyyə Ermənistanı və 3. İran Azərbaycanının Şimal və Şimal-Qərbi qismlərindən ibarət İran Ermənistanı». 3 Əgər onların sərsəm planları baş tutsaydı onda İran dövlətinin böyük bir hissəsini də Böyük Ermənistana qatıb ayırmalı idilər. M.Məmmədzadə yazırdı ki, «1919-cu ildə Amerikada mühacir ermənilərin nəşr etdirdikləri «Ermənistana dair» kitabında verilmiş «Böyük Ermənistan»ın xəritəsində Ermənistanın ərazisi Trabzon və Samsonda Qara dənizə, İskəndərum körfəzində Ağ dənizə çıxdığı kimi Azərbaycanın Xəzər dənizinə yanaşır və Gəncə şəhəri yaxınından başlayaraq Kür nəhri ilə Xəzər dənizinə qədər uzanan xəttin cənubundakı Salyan, Lənkəran, Muğan, Mil, Qarabağ, Zəngəzur, Gəncə qəzasının dağlıq hissəsini, Naxçıvan ilə Ordubadı, İran Azərbaycanından isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Xoy, Maku, Səlmas və Urmiya tərəflərini əhatə edir. Təbrizin «Tavriz», Gəncənin «Qanzaq» olduğunu və ermənilər tərəfindən təsis edildiyini iddia etməklə nə məqsəd güddükləri aşkardır. Bir sözlə ermənilərin sərsəm «Böyük Ermənistan»ı nə az, nə də çox Türkiyə, İran və Qafqazın türklər yaşayan bütün ərazisini əhatə etməli idi. 4


«Bütün türkləri qırıb xalis ermənilərdən ibarət bir Ermənistan» 5 yaratmaq kimi sərsəm ideyanı həyata keçirmək üçün hələ XX əsrin əvvəllərində bu ərazidə 10 milyondan yuxarı türkü məhv etmək lazım idi. Bu gün ermənilər Dağlıq Qarabağdakı kəndləri tutarkən onları yerlə yeksan etmək, yaxud Ermənistandakı azərbaycanlı kəndlərində qəbirstanlığa qədər bütün türk nişanələrini dağıtmaq ideyasının haradan gəldiyi məlum olur.


XX əsrin əvvəllərində Daşnaksütyunun sərsəm ideyaları özünün erməni tərəfkeşliyi ilə məşhur olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov tərəfindən də qeyd edilmişdir. O, yazırdı ki, Daşnaksütyunun «bu hərəkəti sırf ermənilərdən ibarət bir erməni ərazisi» yaratmaq və «gələcək Ermənistan avtonomiyası» üçün zəmin hazırlamaqdır.6 

M.Məmmədzadə ariyan ittifaqı yaratmağı təbliğ edənləri onların öz silahları ilə ifşa edirdi. Guya ermənilərlə kürdlərin eyni kökdən – ariyan nəslindən olduqlarını sübut etməyə çalışan ermənilər onlara lazım olanda kürdləri tərifləyir, onlara sərf etməyəndə isə onları ən yaramaz sözlərlə belə damğalayırdılar. O yerdə ki, ermənilərə sərfəli idi onlar kürdləri İrani-nijad millətlər sırasına daxil edirdi. P.Yeğigyan yazırdı ki, İrani-nijad millətlər sırasına: «Türkiyədə kəndilərinə müstəqil bir dövlət yaratmaq üçün mübarizə edən və cahan millətləri içərisində kəndilərinə müstəqil bir mövqe qazanmağa can atan və bu yolda heç bir fədakarlıq və qurbandan qorxmayan kürdlər (?) dəxi daxildir».7 Varandyan adlı başqa bir erməni müəllif isə kürdlər haqqında yazırdı: «…Hər bir yaradıcı fəaliyyəti istehza ilə qarşılayan bu millətin ən namuslu işi quldurluq və ən böyük məharəti zülm və xunxarlıqdır». 8


Əsl erməni ikiüzlülüyü, nə qədər ki, kürdlər türklərə qarşı çıxış edir onlar «fədakar», «qorxmaz» ariyan millətidir. O vaxt ki, onlar ermənilərə qarşı çıxış edirlər onlar «quldur», «zülmkar», «qaniçəndirlər». Məhz bu gün də ermənilər bir tərəfdən Azərbaycanda yaşayan digər millətləri, o cümlədən kürdləri də azərbycanlılara qarşı qoymaq üçün qabıqdan çıxırlar. Digər tərəfdən isə Ermənistandakı kürdləri kütləvi surətdə qovurlar. Ermənilərin işləri ilə əməllərini müqayisə etdikdə yer üzərində belə ikiüzlü siyasət yeridən başqa millətin ola biləcəyinə şübhə edirsən. Axı hər bir hərəkətin, hər bir yalan və böhtanın da müəyyən həddi, hüdudu olar. Ermənilərin törətdikləri alçaqlığın, onların yalan və böhtanlarının hüdudu yoxdur. Bunu hələ 20-ci illərdə M.Məmmədzadə də hiss etmişdi. Birinci dünya müharibəsi illərində ermənilərin Türkiyə, İran və Qafqazda türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlər hədsiz idi. Onlar Türkiyədə, İranda və Qafqazda türk millətlərinin başına nə müsibətlər açmayıblar? 1918-1920-ci illərdə Qafqazda yaranmış vəziyyətdən istifadə edərək yüz minlərlə azərbaycanlını qıran və ya öz yerlərindən qovan ermənilər İran Azərbaycanının Maku, Xoy və Urmiya əyalətlərində də azərbaycanlılara qarşı bu cür vəhşiliklər törətmişlər. M.Məmmədzadə yazır ki, birinci dünya müharibəsi illərində rus ordusunun İrandakı istilalarından istifadə edən ermənilərin yaratdıqları milli erməni alayları Urmiya gölü ətrafında türk əhalisini kütləvi surətdə qırır. «Urmi bəlası» deyə yad edilən bu «qanlı faciələrdə» qırılan müsəlmanların miqdarı sayagəlməz idi. O, yazırdı ki, erməni «mücahidləri» tərəfindən əsir götürülən gənc azəri qızlarından düzəldilmiş «alaylar»ın «rəsmi keçid»ləri də unudulmamışdır. 9 Urmiya – Xoy faciələri təsadüfi hadisə olmayıb dünyada ən qəddar Daşnaksütyun partiyasının qatı millətçilik siyasətinin tərkib hissəsi idi. Bu gün Xocalı hadisəsi ilə bu hadisələr gözlərimiz önündə bir daha təkrar olundu. Xocalı qırğını «qədim mədəni və əzabkeş» erməni millətinin vəhşi təbiətini bir daha açıqladı. Ermənilər hələ bəşər tarixində görünməmiş cinayətə, öz ölülərinin qəbrləri üzərində qadın və uşaqların gözü qabağında heç bir günahı olmayan, girov kimi ələ keçirilmiş azərbaycanlıların qurban kəsilməsi kimi vəhşiliyə əl atırlar. Bunu ancaq dünyanın ən vəhşi «mədəni milləti» edə bilər. Görəsən bu cür hərəkət sahibi olan millət özünü bəşər övladı saya bilərmi? Onların insan adlanmağa mənəvi hüquqları varmı? Son illərdə ermənilərin başımıza açdığı müsibətlərdə özümüzün də günahı böyükdür. Ermənilər bizə qarşı düşmənçilik təbliğatı apardığı zamanda M.Şaginyanın dediyi kimi biz Azərbaycanda erməniləri «yağ içərisində böyrək kimi» bəsləyirdik. Erməniləri ifşa edən tarixi sənədləri, «Ermənilər və İran» kimi əsərləri dəfələrlə nəşr etməli, bütün dünyaya yaymalı, ermənilərin iç üzünü açmalı, ifşa etməli idik. Təəssüflər. Min təəssüflər ki, bunu etməmişik. Ancaq yaxşı deyiblər «haqq nazilər üzülməz». Xocalı faciəsi ilə ermənilər bütün dünya qarşısında iç üzlərini açaraq bütün dünyaya göstərdilər. Bu isə onları daha da vəhşiləşdirir. Ancaq onlar unudurlar ki, «sirkə nə qədər tünd olsa öz çanağını çatladar».


M.Məmmədzadənin son vaxtlara qədər yeddi qıfıl altında saxlanılan «Ermənilər və İran» əsəri ərəb qrafikasından transliterasiya edilərkən müəllifin dili və üslubuna toxunulmamış, yalnız bə’zi sözlər müasir tələffüz formasına uyğunlaşdırılmışdır. Axırda isə müasir oxucu üçün çətin başa düşülən sözlərin lüğəti verilir.

 

ATAXAN PAŞAYEV


1.  M.Məmmədzadə. «Ermənilər və İran». Bakı, 1993-cü il, səh. 8.
2.  Yenə orada, səh. 9.
3.  Yenə orada, səh. 29-30.
4.  Yenə orada, səh. 30.
5.  Yenə orada, səh. 29.
6.  Yenə orada, səh. 28-29.
7.  Yenə orada, səh. 10.
8.  Yenə orada, səh. 23-24.
9.  Yenə orada, səh. 30.