NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Üzeyir Hacıbəyliyə həsr olunmuş “Dahi Ustad-140” adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir.

Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

2025-ci ilin sentyabr ayında anadan olmasının 140 ili tamam olan Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti zamandan və məkandan asılı olmayaraq, hər bir Azərbaycanlı üçün mayak rolunu oynayır. Onun Azərbaycan milli musiqisi, o cümlədən ictimai-siyasi həyatında rolu, fəaliyyəti daim müxtəlif mənbələr əsasında öyrənilir.

“Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli Sərəncamını əldə rəhbər tutaraq, Dövlət Səs Yazıları Arxivi öz fondlarında daimi mühafizə etdiyi arxiv sənədləri, fono və video materialları əsasında dahi ustadın həyat və fəaliyyəti haqqında videoxülasəni istifadəçilərin ixtiyarına verib.

Videoxülasədə Ulu Öndər Heydər Əliyevin, görkəmli bəstəkar Qara Qarayevin Üzeyir Hacıbəyli haqqında fikirləri, o cümlədən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən Müharibəsində qazanılan qələbədən sonra Şuşada Üzeyir Hacıbəylinin heykəlinin bərpadan sonra açılışını əks etdirən səs yazıları, videogörüntülər yer alıb.

Əlavə olaraq, adıçəkilən arxivdə daimi mühafizə edilən və dahi bəstəkarın əsərləri ifa edən Xalq artistləri Sara Qədimova, Əbülfət Əliyev, Tükəzban İsmayılova, Zeynəb Xanlarovanın ifalarına, səs yazılarına yer verilib.

Videoxülasə Dövlət Səs Yazıları Arxivinin şöbə müdiri Aysel Məcidova tərəfindən səsləndirilib.

Videoxülasə ilə BURADAN tanış ola bilərsiniz. 


Today: 1325
Yesterday: 1100
This Week: 1325
Last Week: 10546
This Month: 39485
Last Month: 55339
This Year: 246863
Total: 1940788
1940788