30 September 2025 05:41 News Baxış sayı : 363
Milli Arxiv İdarəsinin 2025-ci il İş Planına uyğun olaraq, “MAF sənədlərinin komplektləşdirmə mənbələri və idarə arxivlərində işin təşkilinin elmi-metodiki əsasları” mövzusunda seminar təşkil edilib.
Ənənəvi və onlayn formatda keçirilən seminarda Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının müvafiq sahəyə məsul olan əməkdaşları iştirak ediblər.
Seminarı açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov arxiv sənədlərinin dövlət mühafizəsinə qəbul edilməsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələbləri, həmçinin onların praktiki icra mexanizmləri haqqında məlumat verdi.
Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova sözügedən mövzu üzrə keçirilən seminarın əməkdaşların bilik və bacarıqlarının artırılmasındakı rolu haqqında danışdı.
MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov “MAF sənədlərinin komplektləşdirmə mənbələri və idarə arxivlərində işin təşkilinin elmi-metodiki əsasları” mövzusunda məruzə ilə çıxış edərək, müvafiq sahədə mövcud olan yeniliklər, əldə edilən nailiyyətlər, o cümlədən problemlər və onlardan çıxış yolları haqqında məlumat verdi.
Seminar açıq diskussiya şəklində davam etdirilib.
| Today: | 357 |
| Yesterday: | 1204 |
| This Week: | 7011 |
| Last Week: | 7393 |
| This Month: | 9010 |
| Last Month: | 39446 |
| This Year: | 307057 |
| Total: | 1619641 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az