06 Март 2026 11:29 Новости Baxış sayı : 492
Tədbiri giriş sözü ilə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov açaraq, Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduğuna diqqət çəkib. Xalqımızın əsrlərboyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin qorunmasında və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətlərini qeyd edib.
Natiq vurğulayıb ki, respublikamızın dövlət arxiv xidməti təşkilatlarında fəaliyyət göstərən qadınlar həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar.
Əsgər Rəsulov dövlət arxiv xidməti təşkilatlarında çalışan xanımları, o cümlədən ölkəmizin bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi və İdarənin Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.
| Cегодня: | 827 |
| Вчера: | 1505 |
| На этой неделе: | 12228 |
| На прошлой неделе: | 13420 |
| Этот месяц: | 35733 |
| Прошлый месяц: | 55392 |
| В этом году: | 187772 |
| Всего: | 1881697 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az