04 Март 2026 02:21 Новости Baxış sayı : 526
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimi Rəhim bəy Vəkilov haqqında arxiv materialları əsasında hazırladığı “Yaddaşlarda yaşayan istiqlal fədaisi” adlı məqaləsi “Kaspi” qəzetinin 28 fevral 2026-cı il tarixli, 08 (4259) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib.
Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimlərindən biri də Rəhim bəy Vəkilovdur. Bu günədək onun həyat və fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumatlar təqdim edilməyib. R.Vəkilov haqqında yalnız Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyasının ikinci cildində müəyyən məlumatlar yer alıb. R.Vəkilovun ictimaisiyasi fəaliyyətini əks etdirən bəzi arxiv materialları dövlət arxivlərində qayğı ilə qorunub saxlanılır.
R.Vəkilov 29 fevral 1897- ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. O, əvvəlcə ibtidai kənd məktəbində oxuyub, sonra isə təhsilini Bakı Realnı məktəbində davam etdirib. Bakı Realnı məktəbində oxuyarkən fəal həyat tərzi ilə seçilib. Şagird təşkilatının fəal üzvü olub. Sonrakı illərdə həmin şagird təşkilatı Ümumqafqaz Tələbə Təşkilatına çevrildikdən sonra Rəhim bəy də fəaliyyətini onun tərkibində davam etdirib. İlk milliyyətçi baxışları da məhz tələbə təşkilatlarında formalaşıb. O, 1916-cı ildən 9 saylı rus-tatar məktəbində müəllim işləyib.
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

| Cегодня: | 734 |
| Вчера: | 1505 |
| На этой неделе: | 12135 |
| На прошлой неделе: | 13420 |
| Этот месяц: | 35640 |
| Прошлый месяц: | 55392 |
| В этом году: | 187679 |
| Всего: | 1881604 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az