Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“2025-ci il – Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Arxivinin Mingəçevir filialında şagirdlərin ekskursiyası təşkil olunub

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Mingəçevir filialının İş Planına uyğun olaraq, Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 saylı tam orta məktəbin şagirdlərinin filiala ekskursiyası təşkil olunub.

Adıçəkilən məktəbin tarix müəllimi Günel Cəfərovanın rəhbərlik etdiyi qrup qarşısında çıxış edən filialın direktoru Leyla İbrahimova arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verdi.

Daha sonra tələbə şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular və onların sualları cavablandırıldı.


Bugün: 681
Dünən: 1350
Bu həftə: 6524
Son həftə: 8778
Bu Ay: 13877
Son Ay: 48459
Bu İl: 427578
Ümumi: 2121503
2121503