Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Arxivinin Gəncə filialında bir sıra tədbirlər keçirilib

Vətən Müharibəsində qazanılmış qələbənin 5 illiyi münasibətilə Dövlət Arxivinin Gəncə filialında şəxsi mənşəli sənədlər kimi daimi mühafizə edilən “Vətən Müharibəsi Şəhidləri – Zəfərimizin qəhrəmanları” arxiv fondu əsasında sənəd sərgisi təşkil edilib, o cümlədən filialın əməkdaşları tərəfindən Gəncə Memorial Kompleksi ziyarət olunub, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Əməkdaşlar “Azərbaycan Xalqına Qarşı Törədilən Cinayətlər Muzeyinə, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallara baxış keçiriblər.

 


Bugün: 716
Dünən: 1350
Bu həftə: 6559
Son həftə: 8778
Bu Ay: 13912
Son Ay: 48459
Bu İl: 427612
Ümumi: 2121537
2121537