Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

9 İyun - Beynəlxalq Arxivlər Günü Ağstafada qeyd olunub

Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri, Ağstafa Rayon Dövlət Arxivinin əməkdaşları iştirak ediblər.

Seymur Orucov çıxış edərək bildirib ki, arxivlər yaddaşları qoruyan, eyni zamanda, gələcəyə ötürən ən mühüm institutlardan biridir. 1948-ci il iyunun 9-da UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Arxivlər Şurası yaradılmış, 2007-ci ildə isə həmin günün Beynəlxalq Arxivlər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

Öz növbəsində Azərbaycan da zəngin arxiv ənənələrinə malik ölkələr sırasındadır. Milli arxiv fondu dövlətçiliyin inkişaf mərhələlərini, xalqımızın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz mənbədir.

Qeyd edildi ki, son illərdə arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və tarixi mənbələrin ictimaiyyət üçün daha əlçatan olması istiqamətində dövlətimiz tərəfindən bütün mühüm addımlar atılır.

Rayon İcra Hakimiyyəti başçısı  Seymur Orucov Ağstafa Rayon Dövlət Arxivinin müdiri Pərvin Hacıyevi rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə müvafiq Fəxri Fərmanla təltif edib.

 


Bugün: 470
Dünən: 754
Bu həftə: 1224
Son həftə: 5689
Bu Ay: 1957
Son Ay: 36091
Bu İl: 495267
Ümumi: 2189192
2189192