Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialına tələbələrin ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəki filialının 2026-cı ilin İş Planına uyğun olaraq, Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbələrinin filiala ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı filialın direktoru Ehtiram Məmmədov tələbələrə arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və elektron xidmətlər istiqamətində görülən işlər barədə məlumat verdi.

 Tələbələr arxivdə saxlanılan müxtəlif dövrlərə aid sənədlər, onların mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular. Ekskursiya çərçivəsində arxiv sənədlərinin daimi mühafizəyə qəbulu, uçotu və istifadəyə təqdim olunması prosesləri əyani şəkildə nümayiş etdirildi.

 Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 


Bugün: 771
Dünən: 2152
Bu həftə: 2923
Son həftə: 10809
Bu Ay: 27570
Son Ay: 52648
Bu İl: 392811
Ümumi: 2086736
2086736