19 Oktyabr 2018 08:44 XƏBƏRLƏR Baxış sayı : 2902
19 oktyabr 2018-ci il tarixində baş tutmuş yığıncaqda Astara, Lerik, Masallı, Yardımlı rayon dövlət arxivlərinin müdirləri və filialın əməkdaşları iştirak etmişlər. Dövlət Arxivi Lənkəran filialının direktoru Rəfail Rzayev oktyabrın 5-də Milli Arxiv İdarəsində keçirilmiş müşavirədə qaldırılan məsələlərlə əlaqədar iştirakçılara məlumat vermiş və qarşıya qoyulmuş tapşırıqlarla onları tanış etmişdir.
Yığıncağda həmçinin 2018-ci ilin doqquz ayının yekunu və 2019-cu il üçün iş planları müzakirə olunmuşdur.
Yığıncağın sonunda Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Təhsil siyasəti” kitabları rayon dövlət arxivlərinin müdirlərinə təqdim edilmişdir.

| Bugün: | 1231 |
| Dünən: | 1502 |
| Bu həftə: | 6810 |
| Son həftə: | 10000 |
| Bu Ay: | 24163 |
| Son Ay: | 48459 |
| Bu İl: | 437863 |
| Ümumi: | 2131788 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az