Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MAİ-nin şöbə müdiri H. Həsənovun “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti” adlı məqaləsi mətbuatda dərc edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbuat orqanı olan “Respublika” qəzetinin 22 oktyabr 2017-ci il tarixli buraxılışında MAİ-nin şöbə müdiri H. Həsənovun Azərbaycan Xalq Cümhuriyyəti  tarixinin 100 illiyi ilə bağlı hazırladığı “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti” adlı  məqaləsi dərc edilmişdir.

 

Məqalədə Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin dəftərxana müdiri vəzifəsində işləmiş əslən polyak tatarı olan Aslan bəy Kriçinskinin  Cümhuriyyət Hökumətinin Xarici İşlər Nazirliyi yanında yaradılan Xüsusi Komissiyanın sədri kimim fəaliyyəti, Azərbaycanın milli tarixi ilə bağlı arxiv sənədlərinin toplanılması və sistemləşdirilməsi sahəsindəki fədakar əməyi arxiv sənədləri əsasında işıqlandırılmış, həmçinin  taleyi Cümhuriyyət tarixi ilə bağlı olan Aslan və Olqerd  Kriçinski qardaşlarının ömür yolları barədə məlumat verilmişdir.

       

Məqalənin tam mətni ilə "ƏMƏKDAŞLARIMIZIN ARXİV ARAŞDIRMALARI" bölməsindən tanış ola bilərsiniz.


Bugün: 515
Dünən: 754
Bu həftə: 1269
Son həftə: 5689
Bu Ay: 2002
Son Ay: 36091
Bu İl: 495312
Ümumi: 2189237
2189237