Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov açaraq,  Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduğuna diqqət çəkib. Xalqımızın əsrlərboyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin qorunmasında və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətlərini qeyd edib.

Natiq vurğulayıb ki, respublikamızın dövlət arxiv xidməti təşkilatlarında fəaliyyət göstərən qadınlar həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar.

Əsgər Rəsulov dövlət arxiv xidməti təşkilatlarında çalışan xanımları, o cümlədən  ölkəmizin bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi və İdarənin Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.

 

 


Bugün: 647
Dünən: 1350
Bu həftə: 6490
Son həftə: 8778
Bu Ay: 13843
Son Ay: 48459
Bu İl: 427543
Ümumi: 2121468
2121468