Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərovun "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri" adlı məqaləsi "Kaspi" qəzetində dərc edilmişdir.

 

 k4“Kaspi” qəzetinin 4 və 6 oktyabr  2017-ci il tarixli 163 (3913) və  165 (3915) №№li buraxılışlarında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) 100 illik yubileyinə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin  xarici iqtisadi-ticarət əlaqələri" adlı məqaləsi dərc edilmişdir.

Arxiv sənəd və materialları, həmin dövrün mətbuatı və digər tarixi mənbələr əsasında hazırlanmış bu məqalədəAzərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkəmizdə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində atdığı ilk müstəqil addımlar haqqında ətraflı bəhs edilir. Məqalənin tam mətni ilə "ƏMƏKDAŞLARIMIZIN ARXİV ARAŞDIRMALARI" bölməsindən tanış ola bilərsiniz.

 


Bugün: 514
Dünən: 754
Bu həftə: 1268
Son həftə: 5689
Bu Ay: 2001
Son Ay: 36091
Bu İl: 495311
Ümumi: 2189236
2189236