az | ru | en
 
  ГЛАВНАЯ   MİLLİ ARXİV
  ARXİV İŞİ   ARXİV ŞƏBƏKƏSİ   BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   QANUNVERİCİLİK   QALEREYA   ƏLAQƏ
  





MƏKTUB YAZ
QƏBUL GÜNLƏRİ
MENU
Mərkəzi Ekspert-Yoxlama komissiyası
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Nəşrlər
Linklər
E L A N L A R
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

İnzibati Reqlament

 

                                  (Sosial-hüquq xarakterli sorğular üzrə)

 

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu (bu başlığa aşağıdakılar daxildir):

                                  

1. Sosial-hüquq xarakterli sorğu

 

Əmək haqqı və iş stajının təsdiq edilməsi haqqında sorğu     

Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sorğu (doğum və ölüm)

Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sorğu (nigah və boşanma)

Təltif edilmənin təsdiq olunması haqqında sorğu

Mülkiyyət hüququnun təsdiq edilməsi haqqında sorğu

 

Sosial-hüquq xarakterli sorğu Əmək haqqı və iş stajının təsdiq  

                                                                edilməsi haqqında  sorğu  

Xidmətin məzmunu:  Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu xidmət vətəndaşın əmək fəaliyyəti dövründə vaxtilə işlədiyi müəssisədən (müəssisələrdən) aldığı əmək haqqı və iş stajının arxivdə mühafizə olunan həmin müəssisənin (müəssisələrin) sənədləri əsasında təsdiq olunmasını nəzərdə tutur. 

            Qeyd: Sorğuçu bu xidmətdən istifadə edərkən öz əmək kitabçasının (əgər varsa) surətini öz ərizəsinə  əlavə etməlidir. ƏK-nın surəti aydın və oxunaqlı olmalı, möhürün üzərindəki yazılar aydın seçilməlidir.

 

 

Sosial-hüquq xarakterli sorğu     Vətəndaşlıq Vəziyyəti Aktlarının

                                                             Dövlət Qeydiyyatı üzrə sorğu 

                                                                (doğum və ölüm)

Xidmətin məzmunu:  Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu xidmət vətəndaşın özünün və ya digərinin (etibarnamə əsasında) anadan olması və ya vəfat etməsi haqqında arxiv arayışı almaq məqsədi daşıyır.

            Qeyd: ARDA-da yalnız 1935-ci ilə qədər Bakı şəhəri üzrə VVADQ sənədləri saxlanılır. 1935-cildən sonrakı illər barədə doğum və ölüm faktının qeydiyyata alındığı inzibati ərazi vahidliyi üzrə müvafiq VVADQ şöbələrinə müraciət edilməlidir. Hər il mütamadi olaraq, müvafiq VVADQ idarələrindən sənədlər növbəti illər üzrə arxivə mühafizə üçün daxil olur.

 

Sosial-hüquq xarakterli sorğu    Vətəndaşlıq Vəziyyəti Aktlarının

                                                            Dövlət Qeydiyyatı üzrə sorğu

                                                                    (nigah və boşanma)

Xidmətin məzmunu:  Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu xidmət vətəndaşın özünün və ya digərinin (etibarnamə əsasında) nigaha daxil olması  və ya boşanması  haqqında arxiv arayışı almaq məqsədi daşıyır.

            Qeyd: ARDA-da yalnız 1935-ci ilə qədər Bakı şəhəri üzrə VVADQ sənədləri saxlanılır. 1935-cildən sonrakı illər barədə nigah və boşanma  faktının qeydiyyata alındığı inzibati ərazi vahidliyi üzrə müvafiq VVADQ şöbələrinə müraciət edilməlidir. Hər il mütamadi olaraq, müvafiq VVADQ idarələrindən sənədlər növbəti illər üzrə arxivə mühafizə üçün daxil olur.

Sosial-hüquq xarakterli sorğu Təltif edilmənin təsdiq olunması

                                                                                      üzrə sorğu

Xidmətin məzmunu:  Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu xidmət vətəndaşın özünün və ya digərinin (etibarnamə əsasında) rəsmi dövlət orqanları tərəfindən  təltif olunması haqqında arxiv arayışı almaq məqsədi daşıyır.

Qeyd: “Qəhrəman Ana” adı almış şəxslər bu barədə sorğu göndərərkən beçinci uşaqdan başlayaraq digərlərinin doğum tarixlərini qeyd etməlidirlər.

 

Sosial-hüquq xarakterli sorğu Mülkiyyət hüququnun təsdiq

                                                          edilməsi haqqında sorğu

Xidmətin məzmunu:  Sosial-hüquq xarakterli sorğu hər hansı şəxsin və ya təşkilatın vətəndaşların hüquq və qanuni mənafelərinin təmin olunması barədə sorğusudur. Bu  xidmət vətəndaşın özünün və ya digərinin (etibarnamə əsasında) sahib olduğu mülkiyyətin (ev, torpaq, ticarət obyekti və s) hüquqi və mülki əsası haqqında arxiv arayışı almaq məqsədi daşıyır.

            Qeyd: Bu xidmətdən istifadə edərkən vətəndaş dəqiq tarix bilmirsə maksimum 1 il müddətində təxmini tarix (mövzusu 1920-ci ilə qədər olan sorğular üzrə maksimum 5 il; mövzusu 1920-ci ildən sonra olan sorğular üzrə 1 il) verə bilər. Bununla yanaşı mülkün ilkin sahibi vətəndaş özü olmadıqda, lakin cari dövrdə həmin mülkə qanuni əsaslarla sahiblik edirsə, həmin sahiblik hüququ verən sənədlərin surətini sorğusuna əlavə etməlidir (mülkün qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s.). 

 

 

Xidmətin göstərilməsinin hüquqi əsası:     

1) Milli ArxivFondu haqqında Azərbaycan respublikasının Qanunu, 22 iyun 1999-cu ii;                                                                                                                                                   

2) Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikasının qanunu

10 iyun 1997-ci il;

6) “Dövlət Arxivlərinin Əsas İş Qaydaları” (Bakı 2011).

 

 

 

 

  

Elektron Xidmətlər

Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür.

Erməni təcavüzü tarixi sənədlərdə

ÜNVAN 

Bakı şəh., Ziya Bünyadov  pr. 3

 Mətbuat pr. 593-cü məhəllə

Telefon: 562 94 31 

Faks:  562 97 56