Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsində ağacəkmə aksiyası keçirilmişdir

Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmiş, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilmişdir.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan istifadə olunması istiqamətində məqsədyönlü siyasətini 1993-cü ildə yenidən hakimiyyətə gələn respublika Prezidenti davam etdirdi. 1997-ci il mayın 11-də Bakı şəhərinin Nizami rayonunda yeni salınmış parkın açılışında bu barədə danışan Heydər Əliyev demişdir:    “1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq... Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987- 1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”. Hər bir ağaca, bitkiyə verilən qiymət meşəsalma tədbirlərinin genişləndirilməsi üçün böyük təkan olmuş, ulu öndər Heydər Əliyevin bilavasitə göstərişinə əsasən və qayğısı nəticəsində respublikada meşə bərpa tədbirləri intensiv surətdə həyata keçirilmişdi.

Heydər Əliyev respublikamıza yenidən rəhbərliyə qayıtdıqdan sonra 90-cı illərin çətinliklərinə baxmayaraq, ekologiyanın həyata tətbiqində yeni canlanma yarada bilmişdir.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.

Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir. 

Ulu öndərin Azərbaycan təbiətinə bağlılığını simvolizə edən növbəti ağacəkmə aksiyası Milli Arxiv İdarəsi tərəfindən həyata keçirilmişdir.

            Milli Arxiv İdarəsinin rəhbərliyi və kollektivi tərəfindən İdarənin balansında olan ərazidə mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Eyni zamanda yeni həmişəyaşıl ağaclar əkilmişdir.

 

 

 

 


Bugün: 257
Dünən: 870
Bu həftə: 2822
Son həftə: 6279
Bu Ay: 1127
Son Ay: 23672
Bu İl: 90100
Ümumi: 1110521
1110521