Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“İnformasiya cəmiyyətində sənədlər: rəqəmsal transformasiya insan, cəmiyyət və dövlət maraqlarında” mövzusunda XXVIII Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir.

          Rusiya Federasiyasının Federal Arxiv Agentliyinin,  “Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (ВНИИДАД), Rusiya Dövlət Humanitar Universitetinin təşkilatçılığı ilə 28 oktyabr 2021-ci il tarixində Moskva şəhərində  videokonfrans formatında keçirilmiş Beynəlxalq Konfransda Azərbaycan, Avstraliya, Belarusiya, Almaniya, İtaliya, Qırğızıstan, Qazaxıstan, Kanada, Çin Xalq Respublikası, Malta, Makedoniya, Moldova, Monqolustan, Polşa, Rumıniya, Sloveniya, Özbəkistan, Finlandiya, Çernoqoriya və digər ölkərənin arxiv xidmətini təmsil edən məsul şəxslərlə yanaşı, Beynəlxalq Arxivlər Şurasının Prezidenti D. Friker, Beynəlxalq Arxivlər Şurasının baş katibi A. Sales, Beynəlxalq Arxivlər Şurasının Avropa Regional bölməsi olan EURBİCA-nın prezidenti Ç. Farruca, Çernoqoriyanın RF-da fövqəladə və səlahiyyətli səfiri M. Şçepanov, RF Federal Arxiv Agentliyinin rəhbəri A. Artizov, “Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru P. Kyunq, Alma Mater Europaea Universitetinin prezidenti L. Toplak, Rusiya Elmlər Akademiyasının muxbir üzvləri, RF subyektlərinin arxiv xidməti əməkdaşları konfransda iştirak etmişdirlər.

            Sözügedən tədbirdə Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir. 

            28 oktyabr 2021-ci il tarixində start götürən tədbir 29 oktyabr tarixində də mövzuya uyğun olaraq   rəqəmsal transformasiya və müasir trendlər, arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron arxiv xidmətlərinin təşkili,  kadr hazırlığı, arxiv sənədlərinin istifadəsinin müasir tendensiyaları, sənədlərin idarə edilməsi və s. mövzularda təşkil edilmiş dəyirmi masa formatında davam etdirilmişdir. 

 

 


Bugün: 834
Dünən: 835
Bu həftə: 4111
Son həftə: 4759
Bu Ay: 13942
Son Ay: 20754
Bu İl: 79243
Ümumi: 1099664
1099664