Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

28 May Müstəqillik Günü ilə bağlı Dövlət Arxivinin Gəncə filialında tədbir keçirilmişdir

          27 may 2022-ci il tarixində keçirilmiş tədbirdə Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanovanın rəhbərliyi ilə filialın kollektivi və Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müdiri dos. Veysəlova Vüsalə Raqif qızı, ümumi tarix kafedrasının tədris üzrə fəlsəfə doktoru İsmayılzadə Saidə Cəfər qızı, ümumi tarix kafedrasının baş müəllimi Süleymanov Yəhya İsrafil oğlu, tarix kafedrasının dossenti Usenov Fəxrəddin Eyib oğlu, tarixçi Əsgərov Elçin Yolçu oğlu və tələbələr iştirak etmişdirlər.

            Tədbir iştirakçıları 28 May Müstəqilik Gününün xalqımızın həyatında oynadığı müstəsna əhəmiyyətini qeyd edərək bu tarixi hadisələrə aid olan arxiv sənədlərinin dəyəriniı bir daha vurğulamışdırlar.  

             Tədbir zamanı ARDA Gəncə filialının Gəncə Dövlət Universiteti ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunmuş,  fərqlənən tələbələrə və müəllimlərə təşəkkürnamə təqdim edilmişdir. 


Bugün: 219
Dünən: 881
Bu həftə: 2812
Son həftə: 5867
Bu Ay: 18510
Son Ay: 20754
Bu İl: 83811
Ümumi: 1104232
1104232