Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

6-10 iyun 2022-ci il tarixlərində növbəti Beynəlxalq Arxivlər Həftəsi keçiriləcəkdir

Cari ildə keçirilən Beynəlxalq Arxivlər Həftəsi “Arxivlər Sizsiniz” şüarı və #IAW2022 həşteqi altında baş tutacaqdır.

Bu tədbir Beynəlxalq Arxivlər Şurası tərəfindən sosial şəbəkələr üzərindən  # IAW2022 həştəqi ilə başladılan 4-cü Beynəlxalq Həftədir.

“Arxivlər Sizsiniz” şüarı altında keçirilən tədbirin əsas məqsədi arxivçi olmağın nə demək olduğunu,  o cümlədən arxiv sənədlərinin tarixi məlumatları necə əks etdirdiyini  müzakirə etmək üçün  arxivçiləri, arxiv işi üzrə mütəxəssisləri və təşkilatları virtual müzakirəyə cəlb etməkdən ibarətdir.

Tarixi sənədlərdəki məlumatların çatdırılmasında arxivlərin təcrübəsi və həmin təcrübənin arxivçilərin özlərində və peşələrində hansı təsirlərə yol açdığı müzakirə olunacaq məsələlər sırasına daxil edilmişdir.

Yuxarıda qeyd edilən müzakirələr Beynəlxalq Həftə ərzində keçiriləcək tam proqramlı vebinar, interaktiv xəritələr ilə müşayiət olunacaqdır.

 Daha ətraflı məlumat üçün: ica.org 

 


Bugün: 432
Dünən: 987
Bu həftə: 4696
Son həftə: 4759
Bu Ay: 14527
Son Ay: 20754
Bu İl: 79828
Ümumi: 1100249
1100249